Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ronaldu 1200-cü oyunundan danışıb: "Hələ qurtarmamışıq"



"Əl-Nəsr" futbol komandasının hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı Pro Liqasının XVI turunun “Ər-Riyad”la oyunundakı qələbəni (2:0) şərh edib.

BrendSport.az
xəbər verir ki, bu, onun peşəkar karyerasında 1200-cü oyunu olub.

“Daha üç xal. 1200-ə çatmağımda kömək edən bütün komanda yoldaşlarıma təşəkkür edirəm. Əla yol, amma hələ qurtarmamışıq” - Ronaldu sosial şəbəkə hesabında yazıb.

38 yaşlı portuqaliyalı qol vurmaqla yanaşı, Otavioya ikinci qol üçün məhsuldar ötürmə də verib. Anderson Taliska “Əl-Nasr”ın heyətində dubla imza atıb.

Qeyd edək ki, “Əl-Nasr” 2023/2024 mövsümü üçün Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində ikinci yeri tutur. Luiş Kaştronun komandası 16 oyundan sonra 37 xala malikdir. Siyahlya “Əl-Hilal” lider edir (44 xal).


Facebook-da paylaş

Xəbəri paylaş