Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İsveç klubu "Qarabağ"la oyundan əvvəl yoldaşlıq matçında uduzub



"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsveçin "Hakken" klubu yoldaşlıq oyunu keçirib.

BrendSport.az
xəbər verir ki, komanda Finlandiya təmsilçisi HİK-lə üz-üzə gəlib.

Qarşılaşma İsveç klubunun 3:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

"Qarabağ" H qrupunda sonuncu matçını məhz "Hakken"ə qarşı keçirəcək. Dekabrın 14-də Bakıda reallaşacaq görüş saat 21:45-də start götürəcək.

Qeyd edək ki, Almaniyanın "Bayer 04" klubu 15 xalla liderdir. "Köhlən atlar" 7 xalla ikinci, eyni xala malik Norveçin "Molde" kollektivi üçüncü pillədə qərarlaşıb. Xalsız olan "Hakken" isə sonuncudur.


Facebook-da paylaş

Xəbəri paylaş