Əsas Səhifə > Maraq > İsveç klubu "Qarabağ"la oyundan əvvəl yoldaşlıq matçında uduzub

İsveç klubu "Qarabağ"la oyundan əvvəl yoldaşlıq matçında uduzub


7-12-2023, 16:00


"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsveçin "Hakken" klubu yoldaşlıq oyunu keçirib.

BrendSport.az
xəbər verir ki, komanda Finlandiya təmsilçisi HİK-lə üz-üzə gəlib.

Qarşılaşma İsveç klubunun 3:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

"Qarabağ" H qrupunda sonuncu matçını məhz "Hakken"ə qarşı keçirəcək. Dekabrın 14-də Bakıda reallaşacaq görüş saat 21:45-də start götürəcək.

Qeyd edək ki, Almaniyanın "Bayer 04" klubu 15 xalla liderdir. "Köhlən atlar" 7 xalla ikinci, eyni xala malik Norveçin "Molde" kollektivi üçüncü pillədə qərarlaşıb. Xalsız olan "Hakken" isə sonuncudur.
Geri qayıt