"Qarabağ"ın futbolçuları DÇ-2026-nın seçmə mərhələ oyunları üçün Kabo Verde millisinə dəvət alıblar
![](/uploads/posts/2023-11/medium/1699694540_bfdf876f-67e4-3d96-9c0d-fea81952c14a_850.jpg)
"Qarabağ" klubunun futbolçuları Patrik Andrade və Leandro Andrade növbəti dəfə Kabo Verde millisinə dəvət alıblar.
BrendSport.az xəbər verir ki, hər iki yarımmüdafiəçi Anqola və Esvatiniyə qarşı DÇ-2026-nın seçmə mərhələ oyunları üçün yığmaya cəlb ediliblər.
Qeyd edək ki, noyabrın 16-da Anqolanı qəbul edəcək komanda noyabrın 21-də Cənubi Afrika Respublikasında Esvatini ilə üz-üzə gələcək. D qrupunda Kamerun, Liviya və Mavriki milliləri də mübarizə aparacaqlar.
Facebook-da paylaş
![](http://tedbirler.az/ted1-660.gif)