Əsas Səhifə > Maraq > "Qarabağ"ın futbolçuları DÇ-2026-nın seçmə mərhələ oyunları üçün Kabo Verde millisinə dəvət alıblar

"Qarabağ"ın futbolçuları DÇ-2026-nın seçmə mərhələ oyunları üçün Kabo Verde millisinə dəvət alıblar


11-11-2023, 09:45


"Qarabağ" klubunun futbolçuları Patrik Andrade və Leandro Andrade növbəti dəfə Kabo Verde millisinə dəvət alıblar.

BrendSport.az
xəbər verir ki, hər iki yarımmüdafiəçi Anqola və Esvatiniyə qarşı DÇ-2026-nın seçmə mərhələ oyunları üçün yığmaya cəlb ediliblər.

Qeyd edək ki, noyabrın 16-da Anqolanı qəbul edəcək komanda noyabrın 21-də Cənubi Afrika Respublikasında Esvatini ilə üz-üzə gələcək. D qrupunda Kamerun, Liviya və Mavriki milliləri də mübarizə aparacaqlar.
Geri qayıt