Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa Liqası: "Qarabağ" Almaniya klubuna qarşı



"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxacaq.

BrendSport.az
xəbər verir ki, Azərbaycan çempionu H qrupundakı dördüncü matçında Almaniyanın "Bayer" komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Görüşü ingiltərəli FIFA referisi Kreyq Pouson idarə edəcək.

Hazırda Leverkuzen təmsilçisi 9 xalla qrup lideridir. “Qarabağ” isə 6 xalla ikinci pillədə qərarlaşıb. Qonaqlar Bakıda qalib gələcəyi halda, 1/8 finala vəsiqəni təmin edəcəklər.

Qrupun digər görüşündə isə “Hekken” İsveçdə Norveç “Molde”sini sınağa çəkəcək.

UEFA Avropa Liqası

H qrupu, IV tur


9 noyabr

21:45. “Qarabağ” (Azərbaycan) – “Bayer" (Almaniya)

Baş hakim: Kreyq Pouson (İngiltərə)

Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, "Bayer" və "Qarabağ" komandaları arasında Almaniyada keçirilmiş görüş meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş