"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyevdən xəbər var...
Tanınmış İdman Şərhçisi Sanan Shafizade Facebook sehfesinde paylaşım edərək xəbər verir ki, "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev xəstəxanada müalicəsini davam etdirir. Təəssüf ki, hazırda yanına daha çox ailə üzvlərini buraxırlar. 2 gün əvvəl Böyükağa müəllimin müalicəsiylə məşğul olan həkimlə danışırdım. Həkim xəstənin onlarla yola getmədiyini söyləyəndə təəccübləndim. Axı Böyükağa müəllim həkim və tibb bacılarına nə edə bilər. Sonradan həkim açıqladı: "Hər gün evə nə vaxt buraxılacağını soruşur. Deyirik hazırda bu barədə danışa bilmərik. O zaman dərmanları qəbul etməyəcəyini deyir".
Sən demə Böyükağa müəllim evə buraxılmasını istəyir. Əlbəttə onun kimi insan üçün uzun müddət xəstəxanada qalmaq çətindir. Ona görə tezliklə evə buraxılacağı günü gözləyirik. Allah köməyiniz olsun...
Bizdə BrendSport.az Saytı olaraq Böyükağa Hacıyeva Allahdan şəfa diləyirik.
Facebook-da paylaş