Müğənni Türkan Heydərovanın həyatı təhlükə altındadır
Müğənni Türkan Heydərovanın səhhətində baş verən dəyişikliklərə görə tanınmaz hala düşüb. BrendSport.az saytı xəbər verir ki, bu barədə müğənnin anası məlumat verib.
Onun dediyinə görə “Türkanın səhhətində olan problemlərə görə o, artıq 20 gündən çoxdur ki, ağır xəstəlikdən əziyyət çəkir.
Demək olar ki, gündə iki dəfə bərk ağrıları olur və boğulmalar baş verir. Bir neçə dəfə təcili yardım çağırmağa məcbur qalmışıq.
Həkimlərin verdiyi rəyə görə, Türkan allergiya astma xəstəliyindən əziyyət çəkir. Ancaq bunun hansı səbəbdən baş verdiyi məlum deyil.
Gün ərzində bir neçə dəfə xəstəlik ucbatından boğulmalar olur. Əgər bu boğulmalar gecələr yatılı halda baş verərsə, Türkan üçün ağır nəticələnə bilər.
Bu günlərdə müalicəsi davam edir və təəssüf ki, səhhətində müsbətə doğru irəliləyiş yoxdur. Əksinə üzündə və ayaq hissələrində şişmələr baş verir. Üzündə olan şişmələrə görə Türkan artıq tanınmaz hala düşüb. Ayaqlarında olan şişlərdən isə ayaqları gün ərzində bir neçə saat tutulur.
Hazırda qızımın güclü həkim mutəxəssislərə ehtiyacı var. Əks halda yaxın zamanda xarici ölkələrin birində müalicə etdirmək məcburiyyətində qalacam.”
Xatırladaq ki, Türkan bir vaxtlar “Lider” TV-də yayımlanan “Maqazin” verilişinin aparıcısı və “Yeni ulduz-6” telelayihəsinin iştirakçısıdır.
Eyni zamanda 2017-ci ildə təşkil olunan respublika səviyyəli idman tədbirlərinin aparıcısı və öz mahnıları ilə bu tədbirlərə dəstək verən bir sənət adamı olub.
Biz də, BrendSport.az saytı olaraq Türkan Heydərovaya Allahdan şəfa diləyir və tezliklə onu sevənləri sevindirməyi arzulayırıq.
Facebook-da paylaş