Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Reziuan Mirzovun sabiq komanda yoldaşı: “Neftçi” Rusiyanın bəzi klublarından güclüdür”



“Neftçi” Rusiya Premyer Liqasının bəzi klublarından güclüdür”.

BrendSport.az
xəbər verir ki, bunu rusiyalı futbolçu İlya Kuxarçuk “Matchtv”yə müsahibəsində deyib.

33 yaşlı hücumçu 2020-2023-cü illərdə Rusiyanın “Ximki” klubunda birgə çıxış etdiyi Reziuan Mirzovun yay fasiləsində “Neftçi”yə transferini dəyərləndirib. Kuxarçukun fikrincə, sabiq komanda yoldaşı doğru addım atıb: “Mirzovun buradan ayrılmasına “Ximki”nin aşağı liqaya düşməsi də təsir göstərdi. Məncə, “Neftçi” layiqli seçimdir. “Neftçi” çox güclü komandadır. Mirzov da yüksək keyfiyyətə malik oyunçudur. Ona uğurlar arzulayıram”.

Qeyd edək ki, Reziuan Mirzovun “Neftçi” ilə müqaviləsinin müddəti mövsümün sonuna qədərdir.


Facebook-da paylaş

Xəbəri paylaş