“Neftçi”nin sabiq futbolçusu Kipr klubunda qol hesabını açıb
“Neftçi”nin sabiq futbolçusu Qodsvey Donyo Kiprin “Apollon” klubunda qol hesabını açıb.
BrendSport.az xəbər verir ki, qanalı hücumçu “Karmiotissa” ilə ev oyununun 21-ci dəqiqəsində hesabı açıb. Meydana start heyətdə çıxan Donyo, 68-ci dəqiqədə əvəzlənib.
Matç “Apollon”un 3:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Facebook-da paylaş