Rusiyalı futbolçu bu gün “Neftçi” ilə müqavilə bağlayacaq
Rusiyalı futbolçu Reziuan Mirzov bu gün “Neftçi” ilə müqavilə bağlayacaq.
BrendSport.az xəbər verir ki, bu barədə yerli jurnalist İvan Karpov məlumat yayıb.
Onun sözlərinə görə, 30 yaşlı yarımmüdafiəçi Bakı klubunda tibbi müayinədən uğurla keçib. Futbolçunun müqavilə müddəti 2023/2024 mövsümünün sonuna qədər olacaq. Pleymeykerin Rusiyanın “Ximki” klubu ilə anlaşmasının müddəti bitdiyindən, “ağ-qaralar”a azad agent kimi keçəcək.
Qeyd edək ki, Reziuan Mirzov “Ximki”yə 2020-ci ildə Moskva “Spartak”ından keçib.
Facebook-da paylaş