PFL rəsmisi Fransa klubunun oyununa təyinat alıb
Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.
BrendSport.az xəbər verir ki, o, Fransada "Renn" və İsrailin "Makkabi" (Hayfa) komandaları arasında keçiriləcək Konfrans Liqasının I turunun oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma sentyabrın 21-də Renn şəhərində baş tutacaq.
Facebook-da paylaş