Peşəkar Futbol Liqasının icraçı-direktoru “Anderlext”–“Vilyareal” matçına təyinat alıb
Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.
BrendSport.az xəbər verir ki, Avropa Konfrans Liqası çərçivəsində keçiriləcək “Anderlext” (Belçika)–“Vilyareal” (İspaniya) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.
Matç martın 9-da Belçikanın Brüssel şəhərindəki “RSC Anderlecht Stadium”da oynanılacaq.
Facebook-da paylaş