Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Olimpiya”nın futbolçusu: “Qarabağ” “Ludoqorets”dən daha kompakt komandadır”



“Qarabağ” Çempionlar Liqasının təsnifatında üstələdiyimiz “Ludoqorets”dən daha kompakt komandadır”.

BrendSport.az
xəbər verir ki, bunu Sloveniyanın “Olimpiya” klubunun futbolçusu Svit Seşlar “Qarabağ”a 0:2 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra deyib.

21 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionunu cari mövsüm üz-üzə gəldikləri əvvəlki rəqiblərlə müqayisə edib: “Qalatasaray” “Qarabağ”la müqayisədə daha səviyyəlidir. Amma Azərbaycan təmsilçisi də meydanda nə etdiyini bilir”.

Gənc oyunçu hələ də mərhələ adlayacaqlarına inamını itirməyib: “Oyun çətin keçdi. “Qarabağ” keyfiyyətli rəqibdir. Matça yaxşı başlasaq da, birinci hissənin sonlarında iki qol buraxdıq. İkinci hissədə ən azı bir qol vurmağa layiq idik. Uduzsaq da, Azərbaycana ümidli getməliyik. Vəziyyəti lehimizə çevirəcəyimizə inanıram”.

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasında cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş