Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Polşalı futbolçu: “Rakuv”u qiymətləndirməyən meydanda əziyyət çəkməlidir”



“Rakuv”u qiymətləndirməyən meydanda əziyyət çəkməlidir”.

BrendSport.az
xəbər verir ki, bunu Polşanın “Rakuv” klubunun sabiq futbolçusu Andrjey Neulis UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la keçirilən cavab oyununu dəyərləndirərkən deyib.

Yay fasiləsində ölkəsinin digər klubu “Medz”ə keçən polşalı müdafiəçi yerli mətbuata açıqlamasında “Rakuv”un ağıllı oyun sayəsində Azərbaycan çempionunu üstələdiyini bildirib: “Rakuv”un futbolçularının Bakıdakı görüşdə nə qədər fədakarlıq göstərdiklərini görmək çətin deyil. “Qarabağ” meydanda üstün idi. Amma ağıllı oyun sayəsində komandamız təzyiqdən nəinki qurtuldu, hətta gözəl qol da vurdu”.

Qeyd edək ki, “Qarabağ”ı evdə 3:2 hesabı ilə məğlub edən “Rakuv” Bakıda gerçəkləşən cavab görüşündə 1:1 hesablı bərabərlik sayəsində növbəti raunda yüksəlib. “Qarabağ” isə mübarizəni UEFA Avropa Liqasının III təsnifat mərhələsində davam etdirəcək. Azərbaycan çempionu Finlandiya təmsilçisi HIK-lə qarşılaşacaq.


Facebook-da paylaş

Xəbəri paylaş