Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Olimpiya” “Qarabağ”la oyundan sonra futbolçusunu satıb



Sloveniya çempionu “Olimpiya” UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirilən ilk oyundan sonra futbolçusu Svit Seşları satıb.

BrendSport.az
xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi karyerasını Türkiyədə davam etdirəcək.

Ötən gün “Qarabağ”la keçirilən matçda 72 dəqiqə mübarizə aparan Sloveniyanın gənclər millisinin üzvü “Eyüpspor”a keçib. Futbolçu məhz “Qarabağ”la qarşılaşmanın ardından klubla vidalaşıb. Seşların Türkiyənin I Liqa klubuna transferi Lyublyana təmsilçisinə 2,5 milyon avro qazandırıb.

Qeyd edək ki, “Qarabağ” səfərdə keçirilən ilk görüşdə 2:0 hesablı qələbə qazanıb. Komandalar arasında cavab matçı avqustun 31-də Bakıda oynanılacaq.


Facebook-da paylaş

Xəbəri paylaş