Azərbaycanlı azarkeşlər “Qarabağ”ı səfər oyununda dəstəkləyəcəklər
Azərbaycanlı azarkeşlər UEFA Avropa Liqasının pley-off mərhələsinin bu gün “Olimpiya” ilə Sloveniyada keçiriləcək ilk oyununda "Qarabağ"ı dəstəkləyəcəklər.
BrendSport.az xəbər verir ki, Lyublyanada yaşayan azərbaycanlıların qarşılaşma zamanı tribunadakı yerlərini almaları gözlənilir.
Azərbaycan çempionunun nümayəndəsi Elvar Quliyev bununla bağlı kluba müraciət daxil olduğunu bildirib: “Ənənəvi olaraq azarkeşlərimiz üçün stadionda yer ayrılıb. Oyunun startına iki saat qalmış arenanın qarşısında bilet satışı təşkil olunacaq. Lyublyanada yaşayan azərbaycanlıların və yaxın regionlardan olan həmyerlilərimizin matça gəlmələri gözlənilir. Qaldığımız otelin yaxınlığında yaşayan azərbaycanlılar komanda ilə görüşə gəlirlər, oyun zamanı tribunada olacaqlarını deyirlər”.
“Stojitse” stadionunda keçiriləcək qarşılaşma üçün qonaq komandaya 802 bilet ayrılıb. Bakı vaxtı ilə saat 20:00-dan etibarən arenanın S30 və S31 sektorlarının yaxınlığında satılacaq biletlərin qiyməti 25 avrodur.
Qeyd edək ki, “Olimpiya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Facebook-da paylaş