Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ”ı Finlandiyada dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlərin sayı açıqlanıb



UEFA Avropa Liqasının III təsnifat mərhələsində keçiriləcək HİK (Finlandiya) - “Qarabağ” matçında Azərbaycan çempionunu dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlərin sayı açıqlanıb.

BrendSport.az
xəbər verir ki, qonaq komanda üçün ayrılmış 626 bilet oyun günü - avqustun 17-də, yerli vaxtla saat 17:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi "Bolt Arena"da, 9-cu qapının yaxınlığında satılacaq.

113-114-cü sektorlar üçün nəzərdə tutulmuş biletlərin qiyməti 20 avrodur.

Qeyd edək ki, bilet satışını meydan sahibi HİK klubu həyata keçirir. Komandalar arasında Bakıda keçirilmiş ilk qarşılaşma “Qarabağ”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş