“Gent” – “Qarabağ” matçına doqquz min bilet satılıb
UEFA Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə “Qarabağ” arasında keçiriləcək cavab oyununa maraq gözləniləndən azdır.
BrendSport.az xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb.
Bildirilib ki, sabah “Qelamko Arena”da baş tutacaq qarşılaşma üçün satışa çıxarılan biletlərin heç yarısı alınmayıb. Belə ki, indiyədək cəmi doqquz min bilet satılıb. Matçın baş tutmasına cəmi bir gün qalsa da, hələ 11 min bilet sahibini gözləyir. Marağın az olmasına səbəb kimi, matçın həftəiçi və yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) keçirilməsi göstərilib.
Qeyd edək ki, oyunun keçiriləcəyi arena 20 min azarkeş tutumuna malikdir. Bakıdakı ilk matçda “Qarabağ” 1:0 hesablı qələbə qazanıb.
Facebook-da paylaş