Çempionlar Liqası: “Rakuv” öz meydanında məğlub olub
UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.
BrendSport.az xəbər verir ki, ilk gündə üç oyun keçirilib.
Azərbaycan çempionu “Qarabağ”ı bu turnirdən kənarlaşdıran Polşa “Rakuv”u qrupa vəsiqə yolunda ilk görüşünü öz meydanında keçirib. Adıçəkilən komanda Danimarka “Kopenhagen”inə 0:1 hesabı ilə məğlub olub.
Yunanıstanın AEK komandası Belçika səfərində “Antverpen”ə minimal fərqlə uduzubsa, Şotlandiya “Reyncers”i ilə Niderland PSV-si birincilərin meydanında qollu bərabərə qalıblar.
Cütlüklərin cavab qarşılaşmaları avqustun 30-da olacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
22 avqust
23:00. “Antverpen” (Belçika) - AEK (Yunanıstan) - 1:0
Qol: Vinsen Yanssen, 16
23:00. “Rakuv” (Polşa) – “Kopenhagen” (Danimarka) – 0:1
Qol: Boqdan Rakovitan, 9 (avtoqol)
23:00. “Reyncers” (Şotlandiya) - PSV (Niderland) – 2:2
Qollar: Abdallah Sima, 45, Rabbi Matondo, 78 - İbrahim Sanqare, 61, Luk de Yonq, 80
Qeyd edək ki, pley-off mərhələsinin digər 3 matçı avqustun 23-də gerçəkləşəcək.
Facebook-da paylaş