Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çempionlar Liqası: pley-off mərhələsinə 3 oyunla start veriləcək



Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.

BrendSport.az
xəbər verir ki, ilk gündə üç oyun keçiriləcək.

Azərbaycan çempionu “Qarabağ”ı bu turnirdən kənarlaşdıran Polşa “Rakuv”u qrupa vəsiqə yolunda ilk görüşünü öz meydanında keçirəcək. Adı çəkilən komanda Danimarka “Kopenhagen”ini qəbul edəcək.

Pley-off mərhələsinin qalan 3 matçı avqustun 23-də gerçəkləşəcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
22 avqust
23:00. “Antverpen” (Belçika) - AEK (Yunanıstan)
23:00. “Rakuv” (Polşa) – “Kopenhagen” (Danimarka)
23:00. “Reyncers” (Şotlandiya) - PSV (Niderland)


Qeyd edək ki, mərhələnin cavab qarşılaşmaları avqustun 29-30-da baş tutacaq.


Facebook-da paylaş

Xəbəri paylaş