Əsas Səhifə > Maraq > Çempionlar Liqası: pley-off mərhələsinə 3 oyunla start veriləcək

Çempionlar Liqası: pley-off mərhələsinə 3 oyunla start veriləcək


22-08-2023, 10:00


Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.

BrendSport.az
xəbər verir ki, ilk gündə üç oyun keçiriləcək.

Azərbaycan çempionu “Qarabağ”ı bu turnirdən kənarlaşdıran Polşa “Rakuv”u qrupa vəsiqə yolunda ilk görüşünü öz meydanında keçirəcək. Adı çəkilən komanda Danimarka “Kopenhagen”ini qəbul edəcək.

Pley-off mərhələsinin qalan 3 matçı avqustun 23-də gerçəkləşəcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
22 avqust
23:00. “Antverpen” (Belçika) - AEK (Yunanıstan)
23:00. “Rakuv” (Polşa) – “Kopenhagen” (Danimarka)
23:00. “Reyncers” (Şotlandiya) - PSV (Niderland)


Qeyd edək ki, mərhələnin cavab qarşılaşmaları avqustun 29-30-da baş tutacaq.
Geri qayıt