Əsas Səhifə > Maraq > Çempionlar Liqası: “Rakuv” öz meydanında məğlub olub
Çempionlar Liqası: “Rakuv” öz meydanında məğlub olub23-08-2023, 08:00 |
UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib. BrendSport.az xəbər verir ki, ilk gündə üç oyun keçirilib. Azərbaycan çempionu “Qarabağ”ı bu turnirdən kənarlaşdıran Polşa “Rakuv”u qrupa vəsiqə yolunda ilk görüşünü öz meydanında keçirib. Adıçəkilən komanda Danimarka “Kopenhagen”inə 0:1 hesabı ilə məğlub olub. Yunanıstanın AEK komandası Belçika səfərində “Antverpen”ə minimal fərqlə uduzubsa, Şotlandiya “Reyncers”i ilə Niderland PSV-si birincilərin meydanında qollu bərabərə qalıblar. Cütlüklərin cavab qarşılaşmaları avqustun 30-da olacaq. UEFA Çempionlar Liqası Pley-off mərhələsi, ilk oyunlar 22 avqust 23:00. “Antverpen” (Belçika) - AEK (Yunanıstan) - 1:0 Qol: Vinsen Yanssen, 16 23:00. “Rakuv” (Polşa) – “Kopenhagen” (Danimarka) – 0:1 Qol: Boqdan Rakovitan, 9 (avtoqol) 23:00. “Reyncers” (Şotlandiya) - PSV (Niderland) – 2:2 Qollar: Abdallah Sima, 45, Rabbi Matondo, 78 - İbrahim Sanqare, 61, Luk de Yonq, 80 Qeyd edək ki, pley-off mərhələsinin digər 3 matçı avqustun 23-də gerçəkləşəcək. Geri qayıt |