Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Buriram Yunayted”in baş məşqçisi: “Ramil Şeydayev Tailanda hələ uyğunlaşmayıb”



“Ramil Şeydayev Tailanda hələ uyğunlaşmayıb”.

BrendSport.az
xəbər verir ki, bunu Tailandın “Buriram Yunayted” klubunun baş məşqçisi Artur Papas Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev barədə danışarkən deyib.

O, ölkə çempionatının II turunda “Lampun Uorrior” ilə görüşdə qol vuran hücumçunun çıxışından razılığını bildirib: “Ramil Şeydayev və Nikolau Kardoso iki aydır Tailanddadırlar. Ancaq “Lampun Uorrior” ilə matçda yaxşı çıxış etdilər. Təkcə onlar yox, bütün komanda öz işini mükəmməl şəkildə yerinə yetirdi”.

Qeyd edək ki, Ramil Şeydayev “Buriram Yunayted”in 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 6-cı dəqiqəsində hesabı açıb.


Facebook-da paylaş

Xəbəri paylaş