Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ramil Şeydayev ulduz futbolçu ilə komanda yoldaşı ola bilər



"Qarabağ"dan ayrılan Ramil Şeydayev İspaniya yığmasının və "Barselona"nın sabiq futbolçusu Andres İnyesta ilə komanda yoldaşı ola bilər.

BrendSport.az
xəbər verir ki, Azərbaycan millisinin üzvü ilə anlaşan Tayland təmsilçisi "Buriram Yunayted" 39 yaşlı yarımmüdafiəçini də heyətinə qatmaq istəyir.

Klubun direktoru Nyuin Çidçob yerli mətbuata açıqlamasında Yaponiyanın "Vissel Kobe" komandası ilə vidalaşan ulduz futbolçunu transfer etmək niyyətində olduqlarını bildirib.

Qeyd edək ki, Ramil Şeydayev "Qarabağ"la mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzatmayıb.


Facebook-da paylaş

Xəbəri paylaş