Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibi dəqiqləşib



"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki mümkün rəqibi dəqiqləşib.

BrendSport.az
xəbər verir ki, Azərbaycan təmsilçisi III raundda Finlandiya HİK-ini mübarizədən kənarlaşdıra bilsə, Sloveniya çempionu "Olimpiya" ilə üz-üzə gələcək.

Buna sloveniyalıların UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən Türkiyə "Qalatasaray"ına uduzması səbəb olub - 0:3, 0:1.

"Köhlən atlar" pley-offa yüksəlsə, ilk görüşünü səfərdə keçirəcək.

Qeyd edək ki, HİK - "Qarabağ" matçı avqustun 17-də, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Ağdam klubu ilk oyunda 2:1 hesabı ilə qalib gəlib.


Facebook-da paylaş

Xəbəri paylaş