"Neftçi" və "Beşiktaş" rəhbərləri arasında rəsmi görüş olub
Bu gün Bakıda UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçında üz-üzə gələcək "Neftçi" və Türkiyə "Beşiktaş"ının rəhbərləri arasında görüş olub
BrendSport.az xəbər verir ki, oyun ərəfəsində baş tutan rəsmi yeməkdə flaqmanın icraçı direktoru Fərrux Mahmudovla İstanbul klubunun vitse-prezidenti Engin Baltacı bir araya gəlib.
Görüşdə iki klub arasında gələcəkdə əməkdaşlıq və digər məsələlər müzakirə olunub. Sonda tərəflər bir-birinə xatirə hədiyyəsi təqdim ediblər.
Facebook-da paylaş