Əsas Səhifə > Maraq > "Neftçi" və "Beşiktaş" rəhbərləri arasında rəsmi görüş olub

"Neftçi" və "Beşiktaş" rəhbərləri arasında rəsmi görüş olub


10-08-2023, 17:00


Bu gün Bakıda UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçında üz-üzə gələcək "Neftçi" və Türkiyə "Beşiktaş"ının rəhbərləri arasında görüş olub

BrendSport.az
xəbər verir ki, oyun ərəfəsində baş tutan rəsmi yeməkdə flaqmanın icraçı direktoru Fərrux Mahmudovla İstanbul klubunun vitse-prezidenti Engin Baltacı bir araya gəlib.

Görüşdə iki klub arasında gələcəkdə əməkdaşlıq və digər məsələlər müzakirə olunub. Sonda tərəflər bir-birinə xatirə hədiyyəsi təqdim ediblər.
Geri qayıt