Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çempionlar Liqası: “Qarabağ” “Rakuv”a məğlub olaraq, Avropa Liqasına yuvarlanıb



“Qarabağ” UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyununu keçirib.

BrendSport.az
xəbər verir ki, Azərbaycan çempionu Polşada 2:3 hesabı ilə məğlub olduğu “Rakuv” klubunu Bakı Olimpiya Stadionunda qəbul edib.

Nisbətən sönük keçən qarşılaşmanın ilk yarısında qapılara qol vurulmayıb.

Hesabı gözlənilmədən fasilədən sonra qonaqlar açıblar. Fran Tudor 52-ci dəqiqədə qüvvətli zərbə ilə uzaq küncü dəqiq nişan alıb. Lakin polşalıların üstünlüyü çox çəkməyib. 60-cı dəqiqədə Redon Cica yaxın məsafədən rəqibi mərkəzə dəvət edib.

“Qarabağ”ın qalan dəqiqələrdəki təzyiqi bir nəticə vermədiyindən, oyun 1:1 hesabı ilə yekunlaşıb. Nəticədə “Rakuv” turnirdə mübarizəni davam etdiribsə, Azərbaycan təmsilçisi Avropa Liqasına yuvarlanıb.

Qitənin ikinci dərəcəli klub turnirinin III təsnifat mərhələsindəki rəqib HİK (Finlandiya) - “Molde" (Norveç) cütünün qalibi olacaq.

Qeyd edək ki, “Qarabağ” I təsnifat mərhələsində Cəbəllütariq “Linkoln”unu hər iki görüşdə məğlub edərək (2:1, 4:0) mübarizədən kənarlaşdırıb.


Facebook-da paylaş

Xəbəri paylaş