Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çempionlar Liqası: "Qarabağ" Polşada "Rakuv" klubuna uduzub



"Qarabağ" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxıb.

BrendSport.az
xəbər verir ki, Azərbaycan çempionu Polşada "Rakuv"un qonağı olub. Çenstoxovadakı "Miejski" stadionunda keçirilən görüşdə meydan sahibləri qələbə qazanıblar - 3:2.

Matçda hesab 55-ci dəqiqədə açılıb. Ağdam klubundan Elvin Cəfərquliyev avtoqol müəllifi olub. 71-ci dəqiqədə "Rakuv" ikinci topu "köhlən atlar"ın qapısından keçirib. Bu dəfə Fabian Pyasetski fərqlənib. Məğlubiyyətlə barışmaq istəməyən "Qarabağ" Redon Cicanın 73 və 75-ci dəqiqələrdə vurduğu qollarla hesabı bərabərləşdirib. Bununla belə, Polşa çempionu 90+1-ci dəqiqədə Sonni Kittellə qələbə topunu vura bilib.

Komandalar arasında cavab oyunu avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Bu cütün qalibi III təsnifat mərhələsində "Aris" (Kipr) - BATE (Belarus) matçının güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, "Qarabağ" I təsnifat mərhələsində Cəbəllütariq "Linkoln"unu hər iki görüşdə məğlub edərək (2:1, 4:0) mübarizədən kənarlaşdırıb.


Facebook-da paylaş

Xəbəri paylaş