Niderland millisinin keçmiş futbolçusu narkotikə görə 7 il həbs cəzası alıb
Niderland millisinin sabiq futbolçusu Mendes da Silva həbs edilib.
BrendSport.az xəbər verir ki, veteran yarımmüdafiəçi narkotik maddə idxal etdiyinə görə 7 il müddətinə azadlıqdan məhrum olunub.
Hökm iyulun 28-də Rotterdamda keçirilən məhkəmə iclasında çıxarılıb. Keçmiş futbolçu ölkəyə 74 və 105 kiloqram ağırlığında iki partiya kokain gətirməkdə təqsirli bilinib. Da Silva narkotik maddələrin idxalına kömək etməklə yanaşı, onların satışı ilə də məşğul olub.
Qeyd edək ki, Mendes da Silva ölkəsinin "Sparta", "Breda", "AZ Alkmaar", Avstriyanın "Zalsburq" və Yunanıstanın "Panatinaikos" klublarında çıxış edib. O, Niderland millisində 7 oyun keçirib.
Facebook-da paylaş