Futbolda kütləvi ölümə görə iki nəfər həbs olunub
Futbolda kütləvi ölümə görə iki nəfər həbs olunub
Futbolda kütləvi ölümə görə iki nəfər həbs olunub
İndoneziya məhkəməsi 130-dan çox insanın ölümü ilə nəticələnən izdihamla başa çatan futbol oyununun iki təşkilatçısına hökm oxuyub.
BrendSport.az xəbər verir ki, təqsirləndirilən şəxslərdən Əbdül Haris il yarım müddətinə azadlıqdan məhrum edilib.
Həmçinin, təhlükəsizlik xidmətinin bir əməkdaşı barədə 1 illik həbs qərarı çıxarılıb. Daha üç polis əməkdaşı isə məhkəmənin hökmünü gözləyir.
Qeyd edək ki, faciə 2022-ci ilin oktyabrında “Arema” – “Persebaya” (2:3) oyunundan sonra baş verib. Uduzan komandanın azarkeşləri meydançaya axın ediblər. Polisin fanatlara qarşı gözyaşardıcı qazdan istifadə etməsi çaxnaşma və izdihama səbəb olub. Nəticədə 135 nəfər ölüb, yüzlərlə insan yaralanıb.
Facebook-da paylaş