Üçqat olimpiya çempionu zorlamaya görə həbs olundu
Üçqat olimpiya çempionu Feliks Savon həbs edilib. Savon azyaşlı uşağı zorlamaqda ittiham olunur. Kuba hakimiyyəti bir ailənin şikayətindən sonra 51 yaşlı boksçunu həbs edib.
Valideynlər iddia ediblər ki, olimpiya çempionu onların 12 yaşlı oğluna təzavüz edib. Məlumata görə, bu, Savonun ilk belə hərəkəti deyil. Onunla bağlı əvvəllər də belə şikayətlər olub. Ancaq olimpiya çempionu hakimiyyətdəki hansısa qüvvə tərəfindən himayə edilib.
Feliks karyerasını 2001-ci ildə bitirib.
Facebook-da paylaş