Kadi Borges uzunmüddətli zədədən sonra sıraya qayıdıb
Rusiyanın "Krasnodar" klubunda çıxış edən "Qarabağ"ın keçmiş futbolçusu Kadi Borges uzunmüddətli zədədən sonra sıraya qayıdıb.
BrendSport.az xəbər verir ki, bu barədə braziliyalı yarımmüdafiəçinin agenti Helsio Alisk "Sport-Express" nəşrinə açıqlama verib.
O bildirib ki, 27 yaşlı oyunçu Moskva "Spartak"ına qarşı Rusiya Kubokunun qrup mərhələsinin ilk tur matçında meydana çıxa biləcək. Görüş iyulun 27-də oynanılacaq.
Qeyd edək ki, Kadi Borges ötən mövsüm Premyer Liqanın XXIV turunda “Spartak”ın müdafiəçisi Georgi Cikiya ilə hava toqquşması zamanı ciddi xəsarət almışdı. Qarşılaşma aprelin 27-də keçirilmişdi.
Facebook-da paylaş