“Liverpul” və “Atletiko” Verratti üçün mübarizə aparır
İngiltərənin “Liverpul”, İspaniyanın “Atletiko” və bir neçə Səudiyyə klubu PSJ və İtaliya millisinin yarımmüdafiəçisi Marko Verratti üçün mübarizəyə girib.
BrendSport.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri yazıb.
Bildirilib ki, “matrasçılar” artıq Paris klubuna təklif də göndərib. PSJ azı 70 milyon avro qarşılığında yarımmüdafiəçisi ilə ayrılmağa hazırdır.
Məlumata görə, italiyalıya “Atletiko” və “Liverpul”dan başqa Səudiyyə Ərəbistanından da bir neçə komanda iddialıdır. Yarımmüdafiəçi Avropanı tərk etmək istəmir.
Qeyd edək ki, 2022/2023 mövsümündə Verratti PSJ-nin heyətində bütün yarışlarda 38 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib. Futbolçunun Paris klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimi qüvvədədir. “Transfermarkt” portalına görə bu futbolçunun təxmini dəyəri 40 milyon avrodur.
Facebook-da paylaş