Səudiyyə klubu portuqaliyalı yarımmüdafiəçi üçün 70 milyon avro ödəməyə hazırdır
“Mançester Siti”nin və Portuqaliya millisinin yarımmüdafiəçisi Bernardu Silva hələ də “Əl-Hilal” üçün maraqlıdır.
BrendSport.az xəbər verir ki, Səudiyyə klubu 28 yaşlı futbolçu üçün 70 milyon avro ödəməyə hazır olduğunu “şəhərlilər”in diqqətinə çatdırıb.
Qeyd edək ki, Bernardu Silva altı ildir (2017-ci ildən) “Mançester Siti”nin formasını geyinir. 2022/2023 mövsümündə portuqaliyalı bu klubun heyətində bütün yarışlarda 52 oyuna çıxıb, yeddi qol vurub və altı məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədədir.
Daha əvvəl Silvanın PSJ-yə keçmək arzusu ilə bağlı xəbərlər yayılmışdı.
Facebook-da paylaş