Əsas Səhifə > Maraq > Səudiyyə klubu portuqaliyalı yarımmüdafiəçi üçün 70 milyon avro ödəməyə hazırdır
Səudiyyə klubu portuqaliyalı yarımmüdafiəçi üçün 70 milyon avro ödəməyə hazırdır11-07-2023, 07:30 |
“Mançester Siti”nin və Portuqaliya millisinin yarımmüdafiəçisi Bernardu Silva hələ də “Əl-Hilal” üçün maraqlıdır. BrendSport.az xəbər verir ki, Səudiyyə klubu 28 yaşlı futbolçu üçün 70 milyon avro ödəməyə hazır olduğunu “şəhərlilər”in diqqətinə çatdırıb. Qeyd edək ki, Bernardu Silva altı ildir (2017-ci ildən) “Mançester Siti”nin formasını geyinir. 2022/2023 mövsümündə portuqaliyalı bu klubun heyətində bütün yarışlarda 52 oyuna çıxıb, yeddi qol vurub və altı məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədədir. Daha əvvəl Silvanın PSJ-yə keçmək arzusu ilə bağlı xəbərlər yayılmışdı. Geri qayıt |