"Beşiktaş" argentinalı futbolçu ilə anlaşıb
Türkiyənin "Beşiktaş" klubu argentinalı futbolçu Roberto Pereyra ilə anlaşıb.
BrendSport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanacaq.
Pereyranın qarşıdakı günlərdə tibbi müayinə üçün İstanbula gedəcəyi bildirilib.
Qeyd edək ki, Roberto Pereyra son olaraq İtaliyada "Udineze"nin formasını geyinib. 2014 - 2016-cı illərdə "Yuventus"da çıxış edən yarımmüdafiəçi iki dəfə A Seriyasının, eyni sayda İtaliya Kubokunun və bir dəfə ölkə Superkubokunun qalibi olub. O, Argentina millisinin heyətində 19 oyunda iki qola imza atıb.
Facebook-da paylaş