Edin Ceko peşəkar karyerasında 400-cü qolunu vurub
İtaliya "İnter"inin bosniya və herseqovinalı futbolçusu Edin Ceko peşəkar karyerasında 400-cü qolunu vurub.
BrendSport.az xəbər verir ki, yubiley topu "Milan"la UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununa təsadüf edib.
37 yaşlı forvard əlamətdar qola matçın 8-ci dəqiqəsində imza ataraq hesabı açıb. Görüş isə onun komandasının qələbəsi ilə yekunlaşıb - 2:0.
Qeyd edək ki, Edin Ceko bu qolların 336-nı çıxış etdiyi klublarda, 64-nü isə Bosniya və Herseqovina millisində vurub.
Facebook-da paylaş