Əsas Səhifə > Maraq > Edin Ceko peşəkar karyerasında 400-cü qolunu vurub

Edin Ceko peşəkar karyerasında 400-cü qolunu vurub


11-05-2023, 22:30




İtaliya "İnter"inin bosniya və herseqovinalı futbolçusu Edin Ceko peşəkar karyerasında 400-cü qolunu vurub.
BrendSport.az xəbər verir ki, yubiley topu "Milan"la UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununa təsadüf edib.

37 yaşlı forvard əlamətdar qola matçın 8-ci dəqiqəsində imza ataraq hesabı açıb. Görüş isə onun komandasının qələbəsi ilə yekunlaşıb - 2:0.

Qeyd edək ki, Edin Ceko bu qolların 336-nı çıxış etdiyi klublarda, 64-nü isə Bosniya və Herseqovina millisində vurub.
Geri qayıt