Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Pyer Qasli: Bakıda Formula 1-in qeyri-adi trası mövcuddur

Pyer Qasli: Bakıda Formula 1-in qeyri-adi trası mövcuddur



Formula 1 çempionatının Azərbaycan Qran-Prisi ərəfəsində “Alpine”nin pilotu Pyer Qasli bu mərhələdən gözləntiləri barədə söhbət açıb.
BrendSport.az xəbər verir ki, o, mövsümün əvvəlindəki çıxışlarını dəyərləndirib.
-Siz qısa yaz məzuniyyətinizi necə keçirdiniz?
-Son üç həftə yürüş olmadığından bir qədər anlaşılmaz idi. Adətən ilin bu dövrü mövsümün ən qızğın vaxtı olurdu, bununla belə, kiçik fasilə yerinə düşdü. Mən yeni komandaya keçdim, 2023-cü ilin başlanğıcı hadisələrlə zəngin idi. Bu səbəbdən mən üç həftəni dincəlməyə, komanda ilə mövsümün hadisələrinin müzakirəsinə sərf etdim və sonrakı mərhələlərə hazırlaşdım.
Mən ailəm və dostlarımla çox vaxt keçirdim, London və Madriddə bir neçə futbol matçında oldum, Şarl Leklerlə Monakoda tennisə getdim və bütövlükdə Formula 1 çempionatının gərgin qrafikindən dincəldim. İşə qayıtmaq vaxtıdır, irəlidə 6 həftə ərzində 5 yürüş var. Seriya Bakı şəhər trasında bu həftə başlayacaq.
-Mövsümü necə dəyərləndirirsiniz?
-Üç yürüşdən sonra məndə qarışıq hisslər yaranıb. Deyə bilmərəm ki, hər şey rəvan keçib, lakin mən çağırışdan həzz alıram. Bütövlükdə, bir çox pozitiv məqamlar olub ki, biz onlara arxalana bilərik.
Mən hər dəfə sükan arxasına oturanda sürəti artırmağa hətta kiçik fürsət tapıram. Tam alışmağa vaxt lazımdır, lakin işləməyə hazıram. Biz seçilmiş trayektoriya ilə hərəkət etsək, o halda nəticələr gələcək. Formula 1-də məşqlər və sükan arxasında keçirə biləcəyimiz vaxt məhduddur.
Avstraliya mərhələsi irəliyə yaxşı addım ola bilər, halbuki biz bunu təsdiq edə biləcək nəticəni göstərə bilmədik. Komandanın bir hissəsi olmaq xoşuma gəlir, faktiki olaraq, bu, böyük ailədir. Biz hədəflərimizə nail olmaq üçün birgə işləməyi davam etdirməliyik.
-Bakı şəhər trası barədə fikirləriniz.
-Bakıda Formula 1-in qeyri-adi trası mövcuddur. Mənim xoşuma gəlir. Bu uik-end maraqlı formatda keçəcək. Hər iki yürüşdə maşını qorumaq və əmələ gələn bütün imkanlardan maksimum istifadə etmək lazımdır.
Ötən illərdə mən Bakıda xoşagəlməz hadisələrdən uzaq olmağım sayəsində uğura nail olmuşam, 2021-ci ildə isə Formula 1-də öz hazırkı podiumumu qazanmışam. Bakıda hər şey baş verə bilər!
Xatırladaq ki, aprelin 28-də start götürəcək Azərbaycan Qran-Prisi iki təsnifat və iki yarış yürüşü ilə yeni formatda keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş