Faydalı saytlar


Reklam



Matteo Toninalli: Bakı şəhər halqası digər treklərdən fərqlənir

Matteo Toninalli: Bakı şəhər halqası digər treklərdən fərqlənir

Bakının cəmi bir neçə il ərzində Formula 1 təqvimində özünəməxsus yeri olan bənzərsiz trası var. Bu, çempionatın ən uzun və düz xətlərindən birinə sahib qeyri-adi şəhər trasıdır. İkinci sektor aşağı sürətlə hərəkət etməli olduğumuz çoxlu sayda döngələrdən ibarətdir. Həmin döngələrdəki orta sürət Monakodakı trasda olduğundan da aşağıdır. Burada sıxılan güclə sürət arasında uyğunlaşmanı dəqiq tapmaq lazımdır.
BrendSport.az xəbər verir ki, bu sözləri “Ferrari” komandasının yürüş üzrə baş mühəndisi Matteo Toninalli Formula 1 üzrə Azərbaycan Qran-Prisinə hazırlıqla bağlı danışarkən bildirib. O deyib ki, komanda aparılan təhlillərə əsasən, parametrlərin seçimi barədə qərar verir. Mütəxəssis Karlos Sayns və Şarl Leklerin Bakı səfərindən əvvəl simulyatorda test edəcəklərini və yalnız bundan sonra parametrlərin müəyyənləşdiriləcəyini vurğulayıb.
Formula 1 Azərbaycan Qran-Prisi iyunun 4-6-da Bakının şəhər trasında keçiriləcək.


Facebook-da paylaş