Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Mundo Deportivo”: F1 İspaniya Qran-Prisi 2027-ci ildə Madriddə keçiriləcək

“Mundo Deportivo”: F1 İspaniya Qran-Prisi 2027-ci ildə Madriddə keçiriləcək


Madriddə açılışı olan Formula 1 tarixində ilk rəsmi sərgi - “Formula 1 Exhibition” bu şəhərdə Qran-Prinin keçirilməsinə yol aça bilər.
BrendSport.az “Mundo Deportivo” nəşrinə istinadla xəbər verir ki, Formula 1-in 2026-cı ilin sonunadək nəzərdə tutulmuş və hazırda qüvvədə olan kontraktının başa çatmasından sonra yürüşün Madriddə keçiriləcəyi gözlənilir. Ehtimal olunur ki, yeni küçə trasında ilk yürüş 2027-ci ildə təşkil ediləcək.
Formula 1 mərhələsi üçün əsas meydança qismində “IFEMA Madrid” sərgi kompleksi və Baldebebas rayonu, habelə onları birləşdirən yol göstərilir. Madridin rəsmi şəxsləri jurnalistlərə yürüşün keçirilməsində maraqlı olduqlarını və dünya çempionatının rəhbərliyi ilə danışıqlar aparıldığını bildiriblər. Lakin Formula 1-in özündə bəyan ediblər ki, danışıqlarla bağlı heç bir razılıq əldə olunmayıb.
Bununla yanaşı, şəhər rəhbərliyi Madriddə Formula 1-in bir uik-endinin və MotoGP yürüşünün keçirilməsi üzrə əvvəlcədən elan olunmuş plandan imtina edib. Ümumi istifadə çərçivəsində təşkil edilmiş trasın xüsusiyyətləri səbəbindən motoyürüşlər üçün zəruri olan zəruri təhlükəsizlik səviyyəsini təmin etmək mümkün deyil. Madrid trası heç vaxt MotoGP yürüşünü qəbul edə bilməz.


Facebook-da paylaş

Xəbəri paylaş