Mənim də hisslərim var və 5:0-dan sonra tənqidlərin başlamasını xoşlamıram
İsveçin baş məşqçisi Yanne Andersson AVRO-2024-ün F qrupunun seçmə mərhələsinin 2-ci turu çərçivəsində Solnada Azərbaycan yığması üzərində qazandıqları qələbəni (5:0) şərh edib.
BrendSport.az xəbər verir ki, isveçli mütəxəssis i 5:0 hesablı qələbədən sonra da tənqidlərin olmasını qəbul etməyib:
“Bu oyuna görə komandaya minnətdaram. Amma bu cür nəticədən sonra tənqidi qəbul edə bilmərəm.
Bu halda özümüzü qoruyacağıq. Mənim də hisslərim var və belə matçlardan sonra tənqidlərin başlamasını xoşlamıram.
Facebook-da paylaş