"Anarın səhvi mənim səhvimdir" - Elmar Baxşıyev
“ Çətin oyun olacağını bilirdik. "Qarabağ"ın heyətində itkilər olmasına baxmayaraq, onlar yenə güclüdülər. Biz komandanı belə ağır oyuna hazırlayırdıq. 60-cı dəqiqəyə qədər verilən tapşırıqları futbolçular səylə yerinə yetirirdilər. Amma ardıcıl qollardan sonra komanda əzmini itirdi. Ondan sonra da toparlana bilmədik. Buna rəğmən kollektivimiz sağlamdır, möhkəmdir. "Qəbələ" toparlana biləcək".
BrendSport.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 24-cü turunda evdə "Qarabağ"a 0:5 hesabı ilə uduzduqları oyundan sonra deyib.
O, uduzsalar da, komandasının motivasiyasının olduğunu vurğulayıb: "Özünüz də gördünüz ki, ilk hissədə "Qarabağ"dan çox qol epizodu yaratdıq. Hər şey qaydasındadır. Futboldur, belə şeylər olur. Hansı ki, adi epizodda qol buraxırsan, sonra toparlanmaq çətin olur".
Baxşıyev qapıçı Anar Nəzirovun bugünkü çıxışını da dəyərləndirib: "Futbol səhv oyunudur, mən də səhv edə bilərəm, Anar da. Mən olduğum müddətdə Anara inanacağam. O, mənim əsas qapıçımdır. Anarın səhvi mənim səhvidir".
Facebook-da paylaş