Qurban Qurbanov: Əsas odur ki, xallarımızın üzərinə xal gəldi- YENILƏNDİ
Ağır oyun oldu. “Sabah” yaxşı müdafiə olundu. Futbolçular arasında anlaşma çətin idi. Milli oyunlardan sonra hər zaman belə olur. Əsas odur ki, xallarımızın üzərinə xal gəldi.
Bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 12-ci turunda "Sabah" ilə (1:1) oyun sonrası təşkil olunmuş mətbuat konfransında deyib.
Baş məşqçi həmçinin oyunda baş vermiş hakim narazıçılığından danışdı: "Bu oyun hakimlər və futbolçular baxımından gərgin idi. Belə oyunlarda həddən artıq səbirli olmaq lazımdır. Oyundan sonra fikirlərimi bildirdim. Hər hansı çılğınlıq göstərməyim düz olmaz. Hakimlik barədə həmişə neytral olmuşam. Amma bəzi epizodlarda hakimin üzərinə daha çox iş düşür ki, oyunun tempi düşməsin. Məşqçilikdə təzyiqlər həmişə olur və bunlara düzgün reaksiya verməlisən. Məni daha çox futbolçulara təzyiq narahat edir. Meydana çıxıb tapşırıqlarımızı yerinə yetirənlər onlardır. İstərdim ki, onlar özlərini meydanda sərbəst idarə edə və tapşırıqları yerinə yetirə bilsinlər. Hətta ən kiçik məğlubiyyətdən sonra bu, çətin olsa da, çalışıram ki, futbolçulara təsirlər olmasın. Mən məşqlərə çox vaxt ayırıram ki, nəticələrimiz olsun. Heç kim bundan narahat olmasın”.
Q.Qurbanov sonda azarkeşlərə də səslənib: "Azarkeşlər nə qədər narahatdırlarsa, onlardan o qədər razıyam. Çünki onlar futbolumuzun inkişafını istəyirlər. Biz bu çətinliklərdən birgə çıxmalıyıq. Öz işimizi layiqincə görməliyik. İş saatımız heç də az deyil. Bir şeyə arxayın ol
Facebook-da paylaş