“Sabah”ın sabiq futbolçusu Petar Şkuletiç karyerasını bitirib
Bakının “Sabah” klubunun sabiq futbolçusu Petar Şkuletiç karyerasını bitirib.
BrendSport.az xəbər verir ki, bu barədə 32 yaşlı hücumçu ölkəsinin mətbuatına açıqlamasında bildirib.
Qeyd edək ki, futbolçu 2021-ci ilin sentyabrından oktyabrınadək "Sabah"da oynayıb. O, Azərbaycan klubunun heyətində 4 rəsmi matçda meydana çıxıb.
Serbiya millisinin heyətində 6 oyun keçirən və 1 qol vuran Skuletiç karyerası ərzində "Partizan", LASK, "Voyvodina", "Sivasspor", "Lokomotiv", "Monpelye" kimi klublarda da çıxış edib.
Facebook-da paylaş