Əsas Səhifə > Maqazin > “Sabah”ın sabiq futbolçusu Petar Şkuletiç karyerasını bitirib
“Sabah”ın sabiq futbolçusu Petar Şkuletiç karyerasını bitirib9-03-2023, 04:30 |
Bakının “Sabah” klubunun sabiq futbolçusu Petar Şkuletiç karyerasını bitirib. BrendSport.az xəbər verir ki, bu barədə 32 yaşlı hücumçu ölkəsinin mətbuatına açıqlamasında bildirib. Qeyd edək ki, futbolçu 2021-ci ilin sentyabrından oktyabrınadək "Sabah"da oynayıb. O, Azərbaycan klubunun heyətində 4 rəsmi matçda meydana çıxıb. Serbiya millisinin heyətində 6 oyun keçirən və 1 qol vuran Skuletiç karyerası ərzində "Partizan", LASK, "Voyvodina", "Sivasspor", "Lokomotiv", "Monpelye" kimi klublarda da çıxış edib. Geri qayıt |