Maradona səhhəti haqqında şok açıqlama
Dieqo Maradona tezliklə yerimə qabliyyətini itirə bilər. Bu barədə əfsanəvi futbolçunun həkimi Oçoa açıqlama verib.
Argentinanın "Luis Campos" xəbər saytına danışan həkim bildirib ki, Maradonanın dizində ciddi problem var. O, tezliklə süni diz əməliyyatı (diz protezi) olunmasa, yerimə qabliyyətini itirəcək. Həkimin sözlərinə görə, artıq Maradonanın dizində qığırdaq sümükləri qalmayıb və uzun illər sərbəst yeriməsi üçün mütləq protez taxılmalıdı.
Facebook-da paylaş