Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Messi karyerasında ən yaddaqalan qolunu açıqlayıb


ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi 2011-ci ildə Çempionlar Liqasının yarımfinalında "Barselona"nın "Real"a vurduğu qolu karyerasında ən yaddaqalan qol olduğunu deyib.

BrendSport.az
xəbər verir ki, Messinin sözləri "Qızıl top"un X sosial şəbəkəsindəki hesabında paylaşılıb.

“Mən həmişə deyirəm ki, vacib qollar Çempionlar Liqasının finalında, Dünya Kubokunun finalında vurulan qollardır. Həmişə xatırladığım qol Çempionlar Liqasının yarımfinalında "Real Madrid"ə 2:0 hesabı ilə qalib gəldiyimiz zaman vurduğumuz qoldur”, - Messi qeyd edib.

Oktyabrın 30-da Messi səkkizinci dəfə "Qızıl top"u qazanıb. Messi karyerası ərzində 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olub.


Facebook-da paylaş

Xəbəri paylaş